Gündəm / Hadisə / Dünya

Rusiya Lvovu raketlə vurdu - Ölənlər var

Rusiya Lvovu raketlə vurdu - Ölənlər var

Rusiyanın Lvova raket hücumu nəticəsində yaşayış binasına ziyan dəyib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində binanın 3-cü və 4-cü mərtəbələri dağılıb.

"Axtarış-xilasetmə əməliyyatı davam edir. Məlumata görə, 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfəri təxliyə edib", - Klımenko bildirib.

Nazir əlavə edib ki, səyyar polis məntəqələri yerləşdirilib, onlar zərərçəkmişlərin müraciətlərini qəbul edir və lazımi köməklik göstərirlər.