Gündəm / Cəmiyyət

FHN-də bir qurumun iki rəisi var - Tibbi müayinə ala bilməyən nazirlik əməkdaşları...

FHN-də bir qurumun iki rəisi var - Tibbi müayinə ala bilməyən nazirlik əməkdaşları...

Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi mayın 23-də "Elektrik mal-materiallarının və avadanlıqların satınalınması” üzrə elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.

"Kanal14.az" Bizim.Media-ya istinadən xəbər verir ki, maliyyə dəyəri 1 milyon 376 min 817 manat olan tenderin qalibi "İnterkabel” Firması (VÖEN - 1400410421) olub.

Yaxın günlərdə tərəflər arasında imzalancaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət MKTİB üçün elektrik məhsullarının satın alınmasını təşkil edəcək.

Bunlar əsasən, 57 400 min metrlik müxtəlif markalı mis kabel, 4840 metrlik aluminium kabel, 49 150 ədəd müxtəlif markalı və ölçülü lapmalar, 600 ədəd közərmə lampası, 1500 ədəd işıqlandırıcı, 11000 ədəd LED lampa, 1852 ədəd maqnit işə buraxıcı, 85 ədəd rubilnik, 10 min ədəd kapron boru, 550 ədəd projektor, 44 100 ədəd avtomat açar və digər 107 adda mal və məhsullardır.

Qeyd edək ki, adıçəkilən şirkət 16 sentyabr 1997-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.

Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir və qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.

"İnterkabel” firması iri dövlət şirkətlərinin də sifarişlərini yerinə yetirir. Belə ki, 17 noyabr 2020-ci ildə "Azərsu” ASC-nin "Elektrik sahəsi üçün lazım olan mal-material və avadanlıqların satın alınması" ilə bağlı elan etdiyi açıq tenderində iştirak edib və məbləği 2 milyon 295 min manat olan müqaviləyə imza atıb.

Şirkət 9 mart 2021-ci ildə Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin "Elektrik mallarının satın alınması üçün elan etdiyi tenderdə də qalib olub və 295 min 561 manat dəyərində müqavilə imzalayıb.

Tərəflər arasında növbəti tender müqaviləsi həmin ilin dekabr ayında imzalanıb. Belə ki, adıçəkilən qurum yenidən maliyyə dəyəri 289 min 320 manat olan "Elektrik məhsullarının satınalınmsı üçün tender elan edir. Qaliblərdən biri məhz "İnterkabel” Firması elan edilir.

Diqqətə çatdıraq ki, Azərbaycan Mərkəzi Bankı şirkətin iyun ayının 22-də iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) ittihamı ilə cərimələnməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edib və Nərimanov Rayon Məhkəməsinə göndərib.

Məhkəmə işinə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq. Məhkəmə ilə əlaqəli baxış iclası iyulun 6-da, saat 09:10-a təyin edilib.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

FHN-də bir qurumun iki rəisi var - Tibbi müayinə ala bilməyən nazirlik əməkdaşları...

FHN-də bir qurumun iki rəisi var - Tibbi müayinə ala bilməyən nazirlik əməkdaşları...