Gündəm / Cəmiyyət / Sosial

Kimlər mənzil növbəsinə dayana bilər? - AÇIQLAMA

Kimlər mənzil növbəsinə dayana bilər? - AÇIQLAMA

Kimlərin mənzil növbəsinə dayana biləcəyi məlum olub.

"Kanal14.az” xəbər verir ki, bu suala 4 saylı Bakı Dost Mərkəzi Pensiya məsələləri üzrə sosial agent Ayxan Məcid cavab verib:

"Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl qəzasının ləğvi, o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzil növbəsinə dayana bilərlər. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon icra hakimiyyətlərinin səlahiyyətindədir”.