Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Qızılqum" çimərliyində itkin düşən 2017-ci il təvəllüdlü azyaşlı tapılıb. 

Bu barədə "Kanal14.az”a Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildirilib. 

Balacanın itkin düşməsi ilə əlaqədar dərhal axtarışlara cəlb olunan xilasedicilər qısa müddət sonra azyaşlını sağ-salamat taparaq ailə üzvlərinə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırıb və uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli olduğunu xatırladıb.