Gündəm / Cəmiyyət

Polis dövlət gücünün təmsilçisidir

Polis dövlət gücünün təmsilçisidir

2 iyul Azərbaycan polisinin peşə bayramıdır.

Kanal14.az: - Bu bayramın tarixi 1918-ci ilə dayanır. Belə ki, Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. Və bu gün də Azərbaycan polisi öz missiyasını qüsursuz şəkildə, əzmlə davam etdirir

Polis peşəsinə sahib olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki, birinci növbədə ölkədə daxili sabitlik, ictimai asayişin qorunması, cinayət hallarının qarşısının alınması və sair kimi problemlər məhz bu peşənin çiyinlərində daşınır.

Azərbaycan polisi üzərinə düşən bütün bu ağır məsuliyyətlərin öhtəsindən yüksək səviyyədə gəlməyi bacarır. Peşəsindən əlavə polislərimizin zaman-zaman göstərdiyi insanlıq nümunələri də gözümüzdən yayınmış deyil. Onlar, yanğın zamanı özlərini təhlükəyə ataraq, o yanğını söndürməyə cəhd etmələri, yolu keçə bilməyən yaşlı adamların əlindən tutub yolu keçirmələri və sair kimi insanlıq dərsləri ilə Azərbaycan polisinin qüdrətini dünyaya göstəriblər, nəinki xalqa sübut etmək.

Bundan əlavə Daxili İşlər Nazirliyi hər zaman mətbuat nümayəndələrinə qarşı da hörmət, ehtiram göstərməsi ilə dövlət qurumları arasında xüsusi seçilib.

Daxili İşlər Nazirliyinin digər qurumlara nümunə olacaq fəaliyyətindən bəhs edərkən DİN-in Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin də yüksək səviyyəli fəaliyyətini vurğulamağı özümüzə vacib bilirik.

Polis dövlət gücünün təmsilçisidir

Elşad Hacıyev hər hansı bir məsələ ilə bağlı istənilən mətbuat nümayəndəsi əlaqə saxladığı zaman dərhal həmin məsələni diqqətə alır, ətraflı araşdırıb, qısa müddətdə mətbuatı cavablandırır. Bundan əlavə sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərən Elşad müəllim vətəndaşların belə paylaşımlarına qarşı çox diqqətlidir. O, hər hansı bir cinayət halları, yaxud şikayət xarakterli statusu görən kimi dərhal aidiyyatı üzrə yönləndirir və qeyd edilən həmin problemin operativ şəkildə aradan qaldırılmasına nail olur.

Elşad Hacıyevin bu cür məsuliyyətli olması az müddət əvvəl Daxili İşlər Naziri Vilayət Eyvazov tərəfindən də yüksək qiymətləndirilərək, yeni vəzifəyə təyinat verilməsi ilə dəyərləndirildi.

Odur ki, "DogruXeber.az" informasiya agentliyinin direktoru və kollektivi olaraq, başda Daxili İşlər Naziri Vilayət Eyvazov olmaqla bu qürurlu peşənin sahiblərni təbrik edir, peşə fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Hörmətlə: DogruXeber.az