"Kanal14.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Çexiya ixracın həcmi 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 2.4 dəfə artaraq 382 milyon 194 min dollara bərabər olub.

Qeyd edək ki, cari ilin ilk 5 ayında Çexiyadan Azərbaycana idxalın həcmi 91% artaraq 36 milyon 180 min dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycandan Çexiyaya əsasən xam neft məhsulu ixrac edilir.