"Kanal14.az" xəbər verir ki, bunu Azərbaycan boksçusu Murad Allahverdiyev III Avropa Oyunlarının 1/4  final mərhələsində ermənistanlı Hambardzum Hakobyana qalib gəldiyi döyüşdən sonra deyib.

O bildirib ki, bununla kifayətlənmək niyyətində deyil və hədəfi çempionluqdur: "Ən əsası bürünc medalım var. Ancaq bununla kifayətlənmək istəmirəm. Çempion olacağıma inanıram. Əsas hədəfim "Paris 2024"-ün qızıl medalını qazanmaqdır. Azarkeşlərin dəstəyi mənə güc verdi. Sonda qalib gəlib, azarkeşləri sevindirdim”.