Gündəm / Siyasət

Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI

Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına səfər edəcək.

"Kanal14.az" "TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşəcək. Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Həmçinin Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ölkə liderləri Ankara ilə Bakı arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələsini, həmçinin Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər.

Qafqaz regionunda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.