Gündəm / İqtisadiyyat / Cəmiyyət

"Körpü-Bina-Tikinti MMC" Qarabağda 20,3 milyon manata 12 bina tikəcək - TENDER NƏTİCƏSİ


"MİDA” MMC "Körpü-Bina-Tikinti MMC" (VÖEN: 3100026151) ilə iki satınalma müqaviləsi imzalayıb

"Kanal14.az" FED.az-a istinadən xəbər verir ki, müqavilələrdə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi və 11, 12, 13, 14, 15 və 16 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.

Qalib şirkətlə imzalanmış müqavilələrin dəyəri birinci tender üzrə 10 745 445 manat, ikinci tender üzrə 9 538 857 manat, ümumilikdə 20 284 302 manatdır.