Gündəm / Cəmiyyət

Şəfiqə Nağıyevanın SON DURUMU

Şəfiqə Nağıyevanın SON DURUMU

Şəfiqə Nağıyeva hospitaldan evə buraxılıb. 

Bunu "Kanal14.az"a açıqlamasında vəkil Şəfiqə Nağıyevanın oğlu Samir Nağıyev deyib.

Onun sözlərinə görə,  hazırda anasının vəziyyəti normaldır,  özünü yaxşı  hiss edir. 

Xatırladaq ki, ötən gecə vəkil Şəfiqə Nağıyevanı maşın vurub.  Belə ki, vəkil aparıcı Tarix Əliyevin (Tolik) ad günündən çıxarkən yolu keçmək istəyib və həmin an onu maşın vurub. Hadisədən sonra Ş.Nağıyeva hospitala aparılıb.