Gündəm / Cəmiyyət / Hadisə

Bəxtiyar Hacıyevin evində axtarış aparılır - Polisdən AÇIQLAMA

Bəxtiyar Hacıyevin evində axtarış aparılır - Polisdən AÇIQLAMA

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində olan ata evlərində, qardaşının evində, Bəxtiyarın və dostlarının evində və avtomobilində axtarış aparılması ilə bağlı məlumat yayılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Kanal14.az"ın sorğusuna cavab olaraq bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.

Qeyd edək ki, B. Hacıyev ötən ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.