Gündəm / Cəmiyyət

Muxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLAR

Muxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLARMuxtar Babayev 143 minə MAŞIN ALIR... - DETALLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti "Tam ötürücülü bortlu tentli yük avtomobillərinin satın alınması" tenderinin nəticələrini elan edib.

"Kanal14.az" FED.az-a istinadən xəbər verir ki, sorğunun qalibi "Azərmaş Group" MMC (VÖEN: 1404517221) olub.

Şirkətlə 143 000 manat məbləğində müqavilə imzalanıb.

"Azərmaş Group" MMC bundan əvvəl isə "Minatəmizləmə Agentliyinin 450 000 manat dəyərindəki "Yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrin satın alınması" tenderinin qalibi seçilib (23.12.2022).

Qeyd edək ki, "Azərmaş Group" MMC 24.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3 000 010 manatır. Qanuni təmsilçisi Rövşən Adıgözəlov Rəfail oğludur. Hüquqi ünvanı, Az1010, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, m 8-də yerləşir.