Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Xankəndidə mənzillər neçəyə satılır? – Yeni qiymətlər

Xankəndidə mənzillər neçəyə satılır? – Yeni qiymətlər

"Kanal14.az" bildirir ki, Xankəndidə ermənilər tərəfindən satışa çıxarılan mənzillərin qiyməti kəskin ucuzlaşıb.

"Yeniavaz.com" Ermənistanın məşhur elan saytlarından olan List.am-a istinadən bildirir ki, iki ay əvvəl satışa çıxarılan mənzillə hazırda satışa çıxarlan mənzilin qiyməti arasında 30%-dən çox ucuzlaşma var.

Saytda yerləşdirilən elanlardan açıq şəkildə görülür ki, aprel ayının 1-də satışa çıxarılan 2 otaqlı mənzil (35 kv. m.) 12 milyon drama (31 min dollar) təklif olunub.

Dünən (28.05.2023) sayta yerləşdirilən satış elanında isə 2 otaqlı mənzil sahəsi daha çox (42 kv. m.) olmasına baxmayaraq daha ucuz qiymətə - 8 milyon drama (20,7 min dollar) təklif olunur.

Onu da bildirək ki, bir neçə il əvvəl Xankəndidə 2 otaqlı mənzillər təxminən 40-45 min dollar arasında satışa çxarılırdı.

Xankəndidə mənzillər neçəyə satılır? – Yeni qiymətlər