"Kanal14.az" xəbər verir ki, onun sözlərinə görə, səslərin 99,43 faizi hesablanıb: "Hazırda ölkədə 192 min 214 seçki qutusundan 191 min 758 seçki qutusu açılıb və qutuların açılma sürəti 99,32-dir. Ölkədə Ərdoğanın 51,91, Kılıçdaroğlunun isə 48,09 səs topladığı müşahidə edilib.

Xaricdəki 5657 seçki qutusundan 4986 qutunun açıldığı, açılan qutuların nisbətinin 88,14 olduğu müşahidə edilib. Ərdoğanın 59,80 faiz, Kılıçdaroğlunun isə 40,20 faiz səs topladığı görülüb.

Ümumi yekun nəticədə 197 min 871 seçki qutusundan 196 min 744 qutunun açılma nisbətinin yüzdə 99,43 olduğu görüldü. Ərdoğanın 52,14 faiz, Kılıçdaroğlunun isə 47,86 səs topladığı məlum olub".

O, Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin prezidenti seçildiyini açıqlayıb.