Gündəm / Foto

“Heydər Əliyev ili”nə həsr edilmiş Poliqon Strateji İntellekt Oyunu üzrə Zərdab rayon çempionatı keçirildi


Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı tərəfindən "Heydər Əliyev ili”nə həsr edilmiş Poliqon Strateji İntellekt Oyunu üzrə Zərdab rayon çempionatı keçirildi.

"Kanal14.az" ”Xəbəraz”a istinadən xəbər verir ki, Çempionatı giriş sözü ilə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev açaraq bütün həyatını xalqına xidmətə həsr etmiş, fəaliyyətində həmişə öz xalqına arxalanmış, Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, çətin günlərdə tarixin ən sərt sınaqlarından çıxardığı xalqı tərəfindən əziz xatirəsini hər zaman dərin ehtiramla anılan ümummilli lider Heydər Əliyevin bugünkü qüdrətli dövlətimizin yaradılması üçün göstərdiyi əvəzsiz xidmətlərindən söz açaraq, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin artan nüfuzu və beynəlxalq arenada söz sahibinə çevrilməsini qeyd etdi.

Çempionat Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.
Komandaların gərgin intellekt mübarizəsi ilə keçən çempionatda Gəlmə kəndini təmsil edən "Bayraktar” komandası 440 xalla I, Gənclər və İdman İdarəsi təmsil edən "Best Team” və Çallı kəndini təmsil edən "Zəfər” , komandaları hər biri 350 xalla II, Əlibəyli kəndini təmsil edən "Uğur” komandası isə 325 xalla III yer qazandılar.
Sonda qalib komandalara kubok və diplomlar təqdim edilərək xatirə şəkli çəkildi.