Gündəm / Siyasət

Ceyhun Bayramov ATƏT rəsmisi ilə əsir düşmüş hərbçilərlə bağlı müzakirə apardı

Ceyhun Bayramov ATƏT rəsmisi ilə əsir düşmüş hərbçilərlə bağlı müzakirə apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşdə Ermənistanda əsir düşmüş azərbaycanlı hərbçilərin durumunu müzakirə edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bununla yanaşı, davam edən mina təhdidləri, üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.