Nasist Almaniyasının lideri Adolf Hitlerin Avstriyada doğulduğu evdə insan haqları sahəsində təlim keçiriləcək. 

"Kanal14.az" xəbər verir ki, Braunau am İnn şəhərində yerləşən "Hitlerin evi” kimi tanınan mənzil  2019-cu ildə polis bölməsinə çevrilib.   


Bundan sonra sözügedən evdə polis işçiləri tərəfindən insan haqları sahəsində təlimlərin keçirilməsi planlaşdırılıb. Yaradılan komissiyanın üzvü, tarixçi Oliver Rathkolb mətbuata açıqlamasında bildirib ki,  Hitlerin doğulduğu evə tez-tez nasist rəğbətçiləri üz tutur.  Bunun qarşısını almaq və insanlara haqları sahəsində təlimlər keçmək polislərə tapşırılıb.  

Qeyd edək ki, Yuxarı Avstriyanın Braunau am İnn şəhərində nasist lideri Adolf Hitlerin 1889-cu ildə doğulduğu ev ölkədə ciddi müzakirələrə səbəb olub. 2019-cu ilin noyabrında Hitlerin doğulduğu evin polis bölməsinə çevrilməsinə qərar verilib və bu çərçivədə bütün Avropada layihə müsabiqəsi keçirilib.