Gündəm / Cəmiyyət / Sosial / Təhsil

ADAU-dakı özbaşınalıqlardan DASTAN BAĞLASAN DA... - İTTİHAM VAR!


ADAU-dakı özbaşınalıqlardan DASTAN BAĞLASAN DA... - İTTİHAM VAR!

Kanal14.az: - "Azərbaycan Dövlət Aqrar Universitetində cərəyan edən özbaşınalıqlardan dastan bağlasan da, xeyri olmayacaq. Çünki rektor kürsüsünü məşğul edən Zəfər Qurbanovun arxalandığı "dağlar" daha möhtəşəmdir..." Bunu DİA.AZ-a müraciət edən ADAU-nun narazı müəllimləri bildirir.

"Müəllimlərin müraciəti" şəklində redaksiyamıza ünvanlanan materialı olduğu kimi təqdim edirik:

"Zəfər Qurbanov yazılan və deyilən heç bir şikayətləri nəzərə belə almır. Sayın Zəfər Qurbanov öz xəyalında elə zən edirki etdiyi hər şey doğrudur və yazılanlar yalandır. Şikayətçi olan müəllimlərdə işiylə hədələyərək şikayəti dezerti Bəşir Bağırzadənin əli ilə boğaraq şikayətləri dayandırır. Neçə müəllimi haqsız hədə gələrək bildiyini edən Zəfər Qurbanov niyə idarəçi olmadığını və aqrar sahədə savadsız olduğunu qəbul etmir. Zəfər Qurbanov ancaq işi maliyyə işləri ilə məşğul olaraq yaranmış boşluqda cibini doldurmaqdır. Hələ rektor vəzifəsini icra edən vəzifəsində işləyə işləyə universitetin büdcəsini talamaqla məşğuldur. Beləki bütün günü özünü tərifləyən dırnağ arasın rektor vəzifəsini icar edən Zəfər Qurbanov büdcəni belə talan edir: universitetdə kargüzarlıq üçün dekanlıq və kafedralara tədris üçün lazım olan kağız və komputer xərclərini üçün ayrılan pulları mənimsəyir. Universitetdə təmirə ehtiyac olan yerləri təmir etməyərək təmiz yararsız vəziyyətə gətirir pul ayrılır amma öz cibinə qoyur. Universitetdə Həmkarlar İttifaqı Konfederasiyasına işçilərin əməkhaqqından yığılan 15-20 min manatı Vüsal Orucovla bərabər mənimsəyir bir manatını belə yardıma ehtiyac olan işçilərə vermir. Amma qanunda bildirilir ki, həmin vəsait işçilərin kartına və yardımına ayrılmalıdır..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.