Gündəm / İqtisadiyyat / Təhsil

Aqrar Universitetdə KOLXOZ TƏFƏKKÜRÜ... - İLGİNC İDDİALAR...

Aqrar Universitetdə KOLXOZ TƏFƏKKÜRÜ... - İLGİNC İDDİALAR...

Kanal14.az: - Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Tələbə Həmkralar İttifaqı Komitəsinə kənardan - Gəncə Dövlət Universitetindən kadr gətirilməsi ADAU-da birmənalı qarşılanmayıb. DİA.AZ bildirir ki, hətta etirazlar var və bu seçkilər kifayət qədər şübhəli elan olunmaqla yanaşı, bu işdə korrupsiya izinin olması da iddia olunur.

Qeyd edək ki, DİA.AZ-a göndərilən məqalədə bu dəfə digər faktlar açıqlanır: "Sayın Zəfər Qurbanov, hansı dövlətçilikdən və düzgünlükdən danışırsan ki, cənab Prezident əməkhaqqının qalxması barədə sərəncam verdi... bütün dövlət və bir çox özəl təşkilatlar əməkhaqqını minimum 12-15 faiz qaldırdı... Amma sən bir faiz belə qaldırmadın. Budur sənin zəhmətkeş və vətənpərvər aqrar sahənin əməkdaşlarına göstərdiyin diqqət və qayğı!

Sənin bəyənmədiyim yarımştat belə dərs yükü vermədiyin sabiq rektor İbrahim Cəfərov Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdən daha yüksək idi ADAU-də işləyən müəllimlərin əməkhaqqısı. Etdiyin iclaslarda belə 4-5 saat ancaq özünü tərifləyirsən, maliyə artımından danışırsan... Hansı artan maliyyə ki Prezidentimiz İlham Əliyevin sərəncamını belə vecinə almırsan... Dövlətçilikdən, düzgünlükdən danışırsan. Elə bil aqrar təhsil ocağı ata mülkündü, istədiyini edirsən...

Kadır təyinatını belə başqa universitetdən gətirirsən. Adı çəkilən işbazların belə nə aqrar təhsili fikirləşir nə də ki, sənin idarəçiliyini. Adıçəkilən işbaz kadırların bütün günü kimlərinsə əlləri ilə redaksiyaları adlarını sildirməsini xahiş edir. Bir sözləri var; mənim adımı silin, kimin adını yazırsınız yazın".

Növbəti YAZIDA: Zəfər Qurbanov kimi qapılara saldırıb, minnətçiliyə vadar edib?..

DAVAMI VAR...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.//dia.az