Gündəm / Cəmiyyət / Dünya / Video

Hər kəndinin bir başqa dərdi dağdan böyük - VİDEO

Hər kəndinin bir başqa dərdi dağdan böyük - VİDEO

Kanal14.az: - 2020-ci ilin sentyabr ayında başlayıb cəmi 44 gün davam edən və qələbə ilə başa çatan ikinci vətən müharibəsi barəsində bütün dünyada da, Azərbaycanın özündə də hələ də danışılır.

Dünya Azərbaycan oğullarının - Azərbaycan ordusunun gücündən, şücaətindən, xalq özü isə hələ də davam edən problemlərindən danışır.

Ən böyük dərdimiz odur ki, danışılanların hamısı haqlıdır.

Yeri gəlmişkən, yuxarıda "problemlər" deyərkən qazilərə və şəhid ailələrinə qarşı bəzi qurumların, bəzi məmurların biganəliyini nəzərdə tutduq.

Baxın!

Sabirabad rayon Cavad kənd sakini - ikinci vətən müharibəsi qazisi Əhmədli Rəşad "DogruXeber.az" informasiya agentliyinə müraciət edib və agentliyin tabeçiliyində fəaliyyət göstərən "Kanal14"ün canlı efirində - "Kamalın zamanı" proqramında qonaq olub.

Rəşad bildirir ki, "Döyüşdə aldığım yaralardan sağlamlığımı itirmişəm. Bəzi bahalı dərmanlarla yaşayıram. Əvvəllər "YAŞAT" fondu dərmanlarımı almaq üçün maddi köməklik göstərirdi. İndi etmirlər. Deyirlər "limitin bitib"."

Yeri gəlmişkən, Rəşad Əhmədliyə dövlət tərəfindən bəzi lazımi köməkliklər göstərilib. Onun hazırkı narazılığı qəbul etdiyi dərman preparatlarının qiymətinin baha olması və almaq üçün maddi vəsaitinin olmamasıdır.

Ətraflı videoda:



Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman