Gündəm / Cəmiyyət

Samir Şərifov NƏ VAXT GEDİR? - GƏLİŞMƏ

Samir Şərifov NƏ VAXT GEDİR? - GƏLİŞMƏ


Məlum olduğu kimi, az əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edildi.

Samir Şərifov NƏ VAXT GEDİR? - GƏLİŞMƏ


Qeyd edək ki, M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.

O, "Modern Group of Companies”, "PMD Group”, "Agro Food Investments” MMC-lərdə rəhbər vəzifələrdə işləyib.

DİA.AZ xatırladır ki, Məcnun Məmmədovun əvəzlədiyi İnam Kərimovla yanaşı Maliyyə Naziri Samir Şərifovun da görəvdən alınacağı haqda informasiyalar yayılmışdı. Bu barədə DİA.AZ olaraq ilk qaynaq kimi oxucularımıza geniş bilgi çatdırmışdıq.

Əldə etdiyimiz son informasiyalar aydın olur ki, Samir Şərifovla bağlı qərar may ayında veriləcək: "Bu məsələ də tam qətiləşib və Samir Şərifovu daha bacarıqlı gənc kadrın əvəzləməsi nəzərdə tutulub".

Samir Şərifovun şəxsi ilə bağlı hansısa araşdırma aparılmayacaq: "Zatən bu illər ərzində Samir Şərifov yetərincə "silisə çəkilib" və o, verilən bütün "sualları cavablandırıb"."

İddia olunanlarla bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq.