Gündəm / Siyasət / Dünya

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi son 7 ildə ilk dəfə öz qapılarını açır

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi son 7 ildə ilk dəfə öz qapılarını açır

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi münasibətlərin bərpasına dair razılaşmaya əsasən, son 7 ildə ilk dəfə öz qapılarını yenidən açıb...

"Kanal14.az" RİA Novosti-yə istinadən xəbər verir ki, İranın Səudiyyə Ərəbistanındakı səfirliyi son 7 ildə ilk dəfə öz qapılarını açıb.

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi Ər-Riyadla münasibətlərin bərpasına dair razılaşma əsasında son 7 ildə ilk dəfə olaraq öz qapılarını yenidən açıb.

Qeyd olunur ki, İran səfirliyinin qapılarının açılışı İran Xarici İşlər Nazirliyinin bu ölkə nümayəndə heyətinin Ər-Riyada gəldiyini elan etməsindən bir neçə saat sonra baş tutub.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi bildirmişdi ki, Tehran may ayının sonuna qədər Ər-Riyadda səfirliyini açmağı planlaşdırır.

Kanal14.az
Kamal Əsgərov