Gündəm / Dünya

Çarlz Mişel: Aİ ABŞ-ı “kor-koranə” izləmir, lakin daha çox muxtariyyətə ehtiyacı var

Çarlz Mişel: Aİ ABŞ-ı

Bəzi Aİ ölkələrinin liderləri Fransa prezidenti Emmanuel Makronu dəstəkləyir ki, Aİ ABŞ-dan daha müstəqil olmalıdır.

"Kanal14.az" "Politico"ya istinadən yazır ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Fransanın "La Faute a l'Europe" teleşousunda deyib.

"ABŞ ilə münasibətlər məsələsində nüansların və incə məqamların ola biləcəyi göz qabağındadır. Bəzi Avropa liderləri Emmanuel Makronun dediklərini deməzdilər, amma məncə, bəziləri həqiqətən də Emmanuel Makronla eyni cür düşünürlər”, - deyə qəzet Mişeldən sitat gətirib.

Eyni zamanda o qeyd edib ki, Aİ bütün məsələlərdə ABŞ-ı "kor-koranə izləmir”.

Fransa prezidenti Emmanuel Makron aprelin 9-da Çinə səfərindən sonra (5-7 aprel) Les Echos jurnalına müsahibəsində deyib ki, Avropa ABŞ-dan asılılığını azaltmalı və Tayvanla bağlı Vaşinqton və Pekin arasında münaqişəyə cəlb edilməməlidir. . Fransa lideri əmin olduğunu bildirib ki, Avropa ilk növbədə öz maraqlarını güdməlidir, "dünyanın digər yerlərindəki gündəmə uyğunlaşmamalıdır”. O, son illərdə Avropanın ABŞ-dan daha çox asılı olduğunu etiraf edib, lakin Aİ-nin qitənin strateji muxtariyyətini artırmaq üçün "ideoloji döyüşdə qalib gəldiyi” fikrini bildirib. Bununla bağlı o, həmçinin bəyan edib ki, Avropa belə muxtariyyəti gücləndirməli, dolların ekstraterritoriallığından asılı olmamalıdır.

Kanal14.az
Kamal Əsgərov