Gündəm / Dünya

İtaliya Nazirlər Şurası miqrasiya böhranının kəskinləşməsi ilə əlaqədar altı ay müddətinə fövqəladə vəziyyət elan edib

İtaliya Nazirlər Şurası miqrasiya böhranının kəskinləşməsi ilə əlaqədar altı ay müddətinə fövqəladə vəziyyət elan edib

İtaliya Nazirlər Şurası "Aralıq dənizi marşrutları ilə ölkəyə gələn miqrant axınının müstəsna artması səbəbindən" bütün ölkə ərazisində altı ay müddətinə fövqəladə vəziyyət elan edib.

"Kanal14.az" "lenta.ru"ya istinadən bildirir ki, bu barədə hökumətin Çiqi Sarayının mətbuat xidməti bildirib.

Ötən gün hökumətin iclasında daxili işlər naziri Matteo Piantedosinin verdiyi məlumata baxılıb, ona əsasən, 2023-cü ilin əvvəlindən Apennin adalarında miqrasiya axınında kəskin artım qeydə alınıb. Bu, ilk növbədə Lampeduza adasındakı bir sıra qeyri-qanuni miqrantların saxlanma mərkəzlərində kritik vəziyyətə gətirib çıxardı. Mövcud şəraitdə hazırda 1,8 min qaçqının məskunlaşdığı, mərkəzin 400 nəfərin qəbulu üçün nəzərdə tutulmuş bu "qaynar nöqtədə” vəziyyətin normallaşdırılması üçün təcili olaraq fövqəladə tədbirlərin görülməsi təklif edilib.

Mülki Müdafiə və Dəniz Siyasəti naziri Nello Muzumeçinin təklifi ilə Nazirlər Şurası bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib. Mövcud miqrasiya böhranını həll etmək üçün real maliyyə ehtiyaclarının dəqiq qiymətləndirilməsini gözləyən hökumət ən təcili tədbirlərin həyata keçirilməsi üçün Milli Fövqəladə Hallar Fondundan 5 milyon avro ayırıb.

Kanal14.az
Kamal Əsgərov