Gündəm / Siyasət / Dünya

ABŞ Zelenskini dinləyib

ABŞ Zelenskini dinləyib

Pentaqonun sızması ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı casusluq etdiyini göstərən sənədin yayılmasına səbəb olub.

"Kanal14.az" bildirir ki, CNN-in bu sənədə istinadən verdiyi məlumata görə, Zelenskinin çevrəsi casusluq faktını qəribə hesab etmir, lakin informasiyanın sızmasından məyusdur.

Siqnal kəşfiyyatından əldə edilən ABŞ kəşfiyyat hesabatında deyilir ki, Zelenskinin fevralın sonunda "Rusiyanın Rostov vilayətindəki hərbi konsentrasiyalarına pilotsuz təyyarələrlə zərbə endirməyi təklif etdiyi” iddia edilir, çünki Ukraynanın o yerə çata biləcək uzaq mənzilli silahları yoxdur.

Hesabatda Ukrayna liderinin ələ keçirilən kommunikasiyaları yer alıb. Milli Təhlükəsizlik Agentliyi hesabatı "elektron siqnallar və rabitə sistemlərindən əldə edilən kəşfiyyat məlumatları" kimi təsnif edib.

Bu, ABŞ-ın Ukraynanı uzaqmənzilli raket sistemləri ilə təmin etmək istəməməsi ilə bağlı açıq bəyanatlarını Kiyevin Rusiya daxilində zərbələr üçün istifadə edəcəyi qorxusu ilə izah edir. Amma Ukrayna bunun üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməyəcəyinə söz verib.

Kanal14.az
Jalə Asiman