Gündəm / Dünya

İranın Həmədanında yarım əsrdən sonra ilk dəfə qonur ayı aşkarlanıb

İranın Həmədanında yarım əsrdən sonra ilk dəfə qonur ayı aşkarlanıb

Həmədan əyalətinin Qarin dağlarında bir gənc qonur ayıya rast gəlib.

Həmədan vilayətinin Ətraf Mühitin Mühafizəsi Bürosunun rəhbəri bildirib ki, martın 28-də bir gənc Ətraf Mühitin Mühafizəsi Agentliyinə təbiətdə gəzərkən qonur ayı gördüyünü deyib.

"Kanal14.az" "irna.ir"ə istinadən bildirir ki, Aprelin 4-də həmkarlarımız qonur ayının izlərini aşkar ediblər. Ayıların sayı və doğulması ilə bağlı əlavə məlumat almaq üçün kamera tələlərinin quraşdırılması da daxil olmaqla tədbirlər görüləcək.

Sonuncu dəfə qonur ayı təxminən yarım əsr əvvəl Nəhavənd rayonunda yerli sakinlər tərəfindən görülüb.

Kanal14.az
Samirə Əsgərova