Gündəm / Cəmiyyət / Dünya

Dünyada ilk mobil telefon zəngi: Bu barədə nə bilirik?

Dünyada ilk mobil telefon zəngi: Bu barədə nə bilirik?

Düz 50 il əvvəl, 1973-cü il aprelin 3-də dünyada ilk mobil telefon danışığı edilib.

"Kanal14.az"ın BBC-yə istinadən məlumatına görə, ilk zəngi "mobil telefonun atası” da adlandırılan Motorola şirkətinin mühəndisi Martin Kuper edib . O, rəqib AT&T Bell Laboratories- dən Joel Angell-a zəng edərək, "şəxsi, əl ilə daşınan telefon" istifadə etdiyini söylədi.

"Və mən dedim ki, Joel, bu Martin Kuperdir... Mən sizinlə mobil telefonla danışıram. Ancaq əsl mobil telefon - şəxsi, portativ, əl ilə. Xəttin o biri ucunda səssizlik hökm sürürdü. Düşünürəm ki, o, dişlərini qıcırlayırdı” dedi Kuper.
Kuper , demək olar ki, 800 qram ağırlığında və 33 santimetr uzunluğunda olan Motorola DynaTAC telefonundan zəng etdi. Telefonu tam doldurmaq 10 saat çəkdi.

"Bu telefonun çəkisi təxminən bir kiloqram idi... və danışıq rejimində batareya 25 dəqiqə işləyirdi.Lakin bu problem deyildi. Bu telefon o qədər ağır idi ki, onu 25 dəqiqə belə saxlaya bilmədin”, - Kuper bildirib.
O zaman SMS-lərdən söhbət gedə bilməzdi və mobil telefon ancaq zəng edib qəbul edə bilirdi.

Martin Kuperin istifadə etdiyi telefonun kommersiya versiyası olan Motorola Dynatac 8000X, tarixi zəngdən 10 il sonra, 1983-cü ildə buraxıldı. O zaman Motorola Dynatac 8000X ABŞ-da 3995 dollara satılırdı.

Kanal14.az
Fatimə Kamalqızı