Gündəm / Cəmiyyət

WhatsApp yeni məxfilik funksiyasını işə salacaq: Onun üstünlükləri nələrdir?

WhatsApp yeni məxfilik funksiyasını işə salacaq: Onun üstünlükləri nələrdir?

"WhatsApp” istifadəçi məxfiliyini yaxşılaşdırmaq üçün 2.23.8.2 beta versiyasında yeni funksiyanı işə salıb. Bu barədə WABetaInfo saytı məlumat yayıb .

Yeni funksiya fərdi söhbətləri bloklamağa imkan verir, onlara yalnız barmaq izi və ya parolla girişi təmin edir.

"Kanal14.az" BBS-yə istinadən bildirir ki, bu yenilik istifadəçinin yazışmalarını üçüncü şəxslərdən qoruyaraq, əlavə təhlükəsizlik səviyyəsini artırır.

Yeni funksiyanın təsvirində deyildiyi kimi, daha çox məxfilik üçün şəxsi söhbətlər bütün digər söhbətlərdən ayrıca yerləşdiriləcək.

WhatsApp yeni məxfilik funksiyasını işə salacaq: Onun üstünlükləri nələrdir?

Həmçinin bildirilir ki, bloklanmış söhbətə göndərilən foto və ya video kimi media faylları avtomatik olaraq cihazın yaddaşında saxlanmayacaq.

Yeni funksiya gələcək messenger yeniləməsində əlavə olunacaq, lakin funksiyanın geniş ictimaiyyətə təqdim olunma tarixi hələ məlum deyil.

Kanal14.az
Asiman Əsədsoy