Gündəm / Dünya

İsrail şəhərində Şarl Aznavur adına park açılır

İsrail şəhərində Şarl Aznavur adına park açılır

Ötən gün İsrailin Petah Tikva ictimai parkının adı rəsmi olaraq məşhur fransız erməni şansonyesi Şarl Aznavurun şərəfinə dəyişdirilib. Parkın Aznavur adının dəyişdirilməsi ilə bağlı qərar şəhər meri Rami Qrinberqin başçılıq etdiyi şəhər şurası tərəfindən yekdilliklə qəbul edilib,

"Kanal14.az" "jnews.ge"ə istinadən bildirir ki, bu barədə Qüds Erməni Patriarxlığının kansleri Ata Ağan Qoqçian Facebook-da yazıb.

Açılış mərasimində Aznavurun tanınmış mahnıları səsləndirilib.

Adıçəkilən parkda açılan xatirə daşında isə belə yazılıb: "Şarl Aznavur (1924-2018). Müğənni, bəstəkar, aktyor, fransız, dünya şansonyesi, həyatını vətəni Ermənistana həsr etmiş və Milli Qəhrəman tituluna layiq görülmüşdür. İkinci Dünya Müharibəsi zamanı Aznavurilər ailəsi onlarla yəhudi ailəsini məhv olmaqdan xilas edə bildi”.

Kanal14.az
Rəna Gözəlova