Gündəm / Cəmiyyət / Dünya

Apple öz smart saatlarında qan şəkərini ölçə biləcəkmi?

Apple öz smart saatlarında qan şəkərini ölçə biləcəkmi?

Apple Watch X-in qan şəkərini ölçə biləcəyinə dair şayiələr var idi. Bununla belə, bir sənaye mənbəsi bu texnologiyanın inkişafı üçün daha çox vaxta ehtiyac olduğunu bildirdi.

Yeni hesabata görə, Apple Watch X-də qan şəkərini ölçən funksiya olmayacaq. Anonim sənaye mənbəsi bildirib ki, Apple qanda qlükoza ölçmə texnologiyasında irəliləyiş əldə edib, lakin onu tam olaraq diaqnoz qoyub ölçə bilməyib. Mənbə, şirkətin sözügedən texnologiyanı inkişaf etdirməyə və saatlarına əlavə etməyə tələsmədiyini və sağlamlıq xüsusiyyətinə çox diqqətli olduğunu əlavə edib.

"Kanal14.az" "cnnturk"ə istinadən bildirir ki, ən tez 2025-ci ilə qədər qan qlükoza monitorinqi ilə Apple Watch-u görə bilməyəcəyik.

Apple ilə möhkəm təcrübəyə malik olan Mark Qurman da bu yaxınlarda eyni şey haqqında danışdı. Qurman qanda qlükoza ölçmə texnologiyası üçün vaxt lazım olduğunu vurğuladı. Apple qanda şəkərin ölçülməsi üçün xüsusi çip üzərində işləyir.

Cupertino nəhənginin qanda qlükoza ölçmə texnologiyasının əsası 2010-cu ilə gedib çıxır. İlk dəfə 2010-cu ildə RareLight adlı bir şirkəti satın aldı. Bu alışın arxasında Stiv Cobs dayanırdı. Beləliklə, qanda qlükoza ölçmə texnologiyası üçün gizli tədqiqatlar başladı. Texnologiya nəhəngi layihəni gizli şəkildə Avalante Health MMC startapı altında bir obyektdə inkişaf etdirdi və sonradan XGD-yə keçdi. Hesabatda yazılanlara görə Apple-ın şəkərli diabeti olan və olmayan insanlardan ibarət bir test qrupu var, bu qrupla qeyd etdiyimiz qanda qlükoza ölçmə texnologiyasını sınaqdan keçirir.

Apple Watch X ilə bağlı söz-söhbətlərə baxsaq, saatın ekran ölçüsü 1,90 düym və 2,04 düym olacaq. Bu, X modelinin hazırda bazarda olan Series 8-dən daha böyük olacağını göstərir. Çox güman ki, bu il buraxılacaq Series 9 da Series 8 ilə eyni ölçülərə sahib olacaq.

Kanal14.az
Fatimə Kamalqızı