Gündəm / Cəmiyyət / Foto

Şəmkirin üzü NİYƏ GÜLMÜR... - VƏTƏNDAŞ DİAQNOZU...

 Şəmkirin üzü NİYƏ GÜLMÜR... - VƏTƏNDAŞ DİAQNOZU...

Kanal14.az: - Hansısa xeyir-şər məclisi ilə əlaqədar Şəmkirə yolum düşəndə dost-tanışdan yeni "başçı"nın köhnədən nə ilə fərqləndiyini soruşuram. Deyirlər ki: yenə Alimpaşa keçmiş "tamada" olduğuna görə özünə məxsus oratorluğu da vardı. Görüş və qəbullarda çıxış eləyəndə yalandan da olsa aşıb-coşur, basıb-bağlayırdı. Və bu hay-küyün fonunda bəzən emosiyalarının güdazına gedir, "filan məsələni həll edəcəm" və ya "təcili həll edin" tapşırığını verirdi və sonra da "dilim-dilim olasan, ay dilim" məsəli bahasına olsa da dediyini edirdi . Amma təzənin qəbul vaxtı tribunadan dodağının altından nə mızıldamasını zalda əyləşənlərin çoxu nə eşidir nə də başa düşür. Heç kəs də cəsarət edib " bir az ucadan danışın, eşitmirik" demir. Bax beləcə foto-kameralar qarşısında poz verib gedir. Bir kimsənin də problemi həll olunmur. Deyəndə ki, "filan yol və ya məktəb, bağça, kitabxannın təmirə ehtiyacı var". Ya deyir "o mənim səlahiyyətimə aid edyil", ya da ki " büdcədə pulumuz yoxdu, amma məsələni diqqətdə saxlayacam". Vəssalam. Əslinə qalanda burada başçının dediklərinə haradasa bəraət qazandırmaq da olardı. Amma işin bir "əmma"sı olmasaydı. Burada yeri gəldiyinə görə diqqətinizi bir nüansa çəkmək istərdim. Bildiyiniz kimi hal-hazırda Alimpaşa Məmmədovun məhkəməsi gedir. Məmmədov külli miqdarda korrupsiya faktları üzrə ittiham olunur. Və şahid qismində onlarla bağça, məktəb,rabitə və mədəniyyət və.s işçiləri də istintaqa cəlb olunmuşdu. Onlar indi də istintaq zamanı verdikləri ifadələri təsdiq edirlər. Ki, icra başçısı hansı yollarla onların pulunu mənimsəyib. Və Alimpaşa Məmmədov da bu ittihamlar üzrə bütün deyilənləri etiraf edib, boynuna alıb. İndi sual yaranır: necə olur ki, çalıb-talayanda bütün sahalərə sənin aidiyyatın olur, amma iş görməyə gələndə olmur? Bax sual da budur. Görünən odur ki, Rəşad Tağıyev də sələfi Alimpaşanın yolunu gedir. Və nə vaxtsa o aqibəti yaşayacaq. Çünki rayonda rüşvət və talançılıq bir qədər fərqli formada olsa da yenə də eyni sistem üzrə davam etməkdədir. Gör vəziyyət hansı yerə çatıb ki, başçı kommunal təsərrüfat idarəsinin rəisi vəzifəsinə də Bakıdan öz tanışını gətirib təyin edib. Bəyəm o boyda Şəmkirdə el arasında "zibil idarəsi" deyilən bir quruma rəhbərlik etmək üçün kadr tapa bilmirdi? Və ən qəribəsi budur ki, bütün bunlar hələ məhkəməsi gedən keçmiş başçının taleyi fonunda baş verir. Yəni "kor olmuş qardaşın aqibəti"ndən heç bir nəticə çıxarılmır.

***

Bir məqama da toxunmaq istərdim. Şəmkirlilər deyir ki, Alimpaşa Məmmədov yeri gələndə nə qədər emossional, bəzən isə deyib-gülən idisə, həmin xüsusiyyətlərin heç biri Rəşad Tağıyevdə müşahidə olunmur. Yəni cənab Tağıyev öz xasiyyətlərindəki bəzi qəribəlikləri ilə insanları təəccübləndirir. Belə ki, istər hüzr mərasimi olsun istərsə də bayram tədbiri: başçının çöhrəsində vəziyyətin aurasından asılı olmayaraq normal insanlara xas olan hər-hansısa təbii reflekslərlər müşahidə olunmur. Sanki adam baş verənlərə heç bir reaksiya vermir. Sanki qarşında canlı bir insan deyil hansısa robot, terminator dayanıb. Nəinki yaranmış vəziyyətə uyğun olaraq reaksiya verib gülümsəmir, əksinə adam heç gözlərini belə qırpmır. Buna görə də artıq el arasında şəmkirlilər ona Türkmənistan prezidenti Sərdar Berdımühəmmədova rəğmən "türkmənbaşı" ləğbini qoyublar. Rəşad Tağıyevin Berdımühəmmədova oxşadan cəhətlərdən biri də həddən artıq rekalama meylli, özünəvurğun-narsistin biri olmasıdır. Bunun şahidi olmaq üçün uzağa getməyə ehtiyac yoxdur: elə Şəmkir İH-nin rəsmi saytına nəzər yetirmək bəs edir.
 Şəmkirin üzü NİYƏ GÜLMÜR... - VƏTƏNDAŞ DİAQNOZU...
 Şəmkirin üzü NİYƏ GÜLMÜR... - VƏTƏNDAŞ DİAQNOZU...

Diqqət edin. Hətta ölkənin Prezidenti, o cümlədən də Birinci xanımı hansısa tədbirdə iştirak edəndə oradan uzaq başı 3-5 şəkil payaşılır. ( bir sıra rayon İH başçıları da həmçinin) İndi isə Rəşad Tağıyevin paylaşımlarına nəzər yetirin. Nəinki açıq məkanlarda, adam hətta 4 divar arasında keçirdiyi hansısa qəbuldan azından 40-80!! civarında foto paylaşır. Bu cür anormallığa heç bir sağlam düşüncəyə malik adam yol verə bilməz. Bəs səbəb nədir? Çox sadə: etdiyi əməlləri malalamaq, saxta görüntü yaratmaqla gözdən pədə asmaq. Anacaq dəvəquşunun başını kola soxmaqla da iş bitmir axı. Cidanı çüvalda gizlətmək olmur. Gec-tez torbanı yırtıb çıxacaq çölə.//Protest.az