Gündəm / Siyasət / Dünya

Putin Rusiyanın xarici siyasətinin yeni konsepsiyasını təsdiqləyib

Putin Rusiyanın xarici siyasətinin yeni konsepsiyasını təsdiqləyib

Prezident Vladimir Putin cümə günü Rusiyanın xarici siyasət konsepsiyasının yeni variantını təsdiqləyib.

"Kanal14.az" TASS-a istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərmanın imzalandığını Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə elan edib.

Müvafiq sənəd Rusiyanın beynəlxalq fəaliyyətinin prioritet istiqamətlərini, məqsədlərini və vəzifələrini müəyyən edir və bu, Rusiya Xarici İşlər Nazirliyi və digər nazirlik və qurumlar üçün yol xəritəsi olacaq.

Fevralda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında bəyan etmişdi ki, Rusiyanın xarici siyasətinin yeni konsepsiyası Qərbi beynəlxalq həyatda monopoliyadan məhrum edəcək.

Kanal14.az
Jalə Asiman