Gündəm / Siyasət / Dünya

Zelenski: Bəhmutu itirmək ruhdan salar

Zelenski: Bəhmutu itirmək ruhdan salar

"Kanal14.az” "Pravda.com.ua"ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Donbas cəbhəsindəki Bahmut şəhərindən niyə geri çəkilmədiklərini açıqlayıb.

Amerika AP-yə danışan Zelenski, "geri çəkilsək, qan iyi verən Putin daha çox üstümüzə gələcək” deyib. Zelenski, şəhəri itirəcəkləri təqdirdə Moskvanın danışıqlar üçün böyük təzyiq göstərəcəyini deyib: "Üstəlik, xalqımız təcavüzkar düşməni məğlub edə bilməyəcəyimizi düşünməyə başlayar. Biz buna icazə verə bilmərik”, - deyə o bildirib. Bəhmutun yarıdan çoxu Rusiyanın Vaqner muzdlu qüvvələrinə nəzarət edir. Digər tərəfdən, Vaqnerin meneceri Yevgeni Priqojin Bəhmutdakı toqquşmalarda qüvvələrinə ciddi ziyan dəydiyini etiraf edib, lakin şəhəri ələ keçirməyə nail olacaqlarını bildirib.

Kanal14.az
N.Məmərli