Gündəm / Dünya

İngiltərədə Tatara hücum etmək cəhdi

İngiltərədə Tatara hücum etmək cəhdi

"Kanal14.az” "CNNturk"ə istinadən xəbər verir ki,İngiltərənin paytaxtı Londona Kipr problemi ilə bağlı konfrans keçirmək üçün gedən Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatarın karvanına bir qrup hücum etməyə cəhd göstərib.

Etirazçılar qrupuna İngiltərə polisi müdaxilə edərkən, hadisə yerində olan türklər etirazçılar qrupuna yalnız gülüşlərlə reaksiya vermişlər.

KKTC prezidenti Ersin Tatar CNN TÜRK-ə verdiyi eksklüziv müsahibəsində deyib: - "Mən 3 gündür ki, Londonda müxtəlif təmaslarda oluram. Dünən axşam Kings Collage-də konfrans verməyə getməzdən əvvəl Kiprli Rumlar konfransın keçirilməsinə mane olmağa çalışırdılar. Təbii ki,mən konfransa mütləq getməli idim. Getdim və çıxış etdim. Biz yolumuza belə davam edəcəyik. KKTC-dən heç vaxt vaz keçməyəcəyik. Əgər Kiprdə razılaşma olacaqsa, o, iki dövlətli saziş olmalıdır. Türkiyə 1974-cü ildə Kipr Sülh Əməliyyatı ilə sülhün qarantı oldu. O ildən bəri heç kimin burnu qanamayıb. Biz həmişə deyirik ki, biz sülh tərəfdarıyıq, bərabərlikdən, ədalətdən danışırıq, davamlı razılaşmadan danışırıq.

"Biz sadəcə öz haqqımızı istəyirik" - deyə o vurğulayıb..

Kanal14.az
Samirə Əsgərova