Gündəm / Siyasət / Cəmiyyət / Hadisə

Erməni mətbuatı: "Rusiya Müdafiə Nazirliyi Qarabağda atəşkəs rejimini növbəti dəfə pozub"

Erməni mətbuatı:

Martuni (Ağdərə) rayonunda atəşkəs rejiminin pozulması qeydə alınıb; təsir edən yoxdur. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı ötən gün yaydığı məlumat bülletenində deyilir.

"Kanal14.az" "news.am"a istinadən bildirir ki, bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır.

Qoris-Stepanakert (Gorus-Xankəndi) marşrutu üzrə humanitar yük karvanının müşayiəti təmin edilib.

Məlumat bülleteni əlavə edir ki, Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və mümkün insidentlərin qarşısını almaq məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı əməkdaşlıq aparılır.

Kanal14.az
Rəna Gözəlova