Gündəm / Cəmiyyət / Hadisə

Təsadüflər bu şəxslərin leyhinə çalışır?! - QƏRİBƏDİR...

Təsadüflər bu şəxslərin leyhinə çalışır?! - QƏRİBƏDİR...

Bu gün səhər saatlarında Hirkan milli parkında yanğın başlayıb.

"Kanal14.az" bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Doğrusu bu xəbərə təəssüfləndik, amma təəccüblənmədik.

Son 2-3 ilin meşə yanğını hadisələrinə nəzər salsaq, hamısının barəsində qanunsuz ağac kəsimi, ərazinin mənimsəməsi və sair halların baş verdiyinə dair bir neçə məlumatlarla tanış olarıq.

Maraqlıdır ki, hansı meşə barəsində bu cür məlumatlar ardıcıl bütün müstəqil medialarda yayımlanır, həmən ardından o ərazidə yanğın başlayır və bütün deyilən faktlar qalır havada.

Bəli, son günlər qanunsuz ağac kəsimi barəsində kifayət qədər məlumatlar yayılan ərazilərdən biri də Hirkan milli parkıdır.

Bu barədə internet üzərindən kiçik araşdırma aparsanız, sözügedən parkda baş verən bütün qanunsuz işlərdə əsasən Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin müavini Vüqar Kərimovun, 1 saylı RETS-də rəis müavini Əlizamin Həmidovun, Masallı RMTM-nin sabiq direktoru (eyni zamanda Vüqar Kərimovun dostu) Adəm İsmiyevin, 1 saylı RETS-nin rəisi Şakir Quliyevin, Hirkan milli parkının direktoru Aqil Sucayevin adlarının hallandırıldığını görəcəksiniz.
Qeyd edək ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov özü də əslən cənub bölgəsindəndir və ölkənin heç bir yerində bir dənə ağac onun rəyi olmadan nə kəsilə, nə də köçürülə bilməz.

Haşa... Biz bu yanğında adı çəkilən şəxsləri qətiyyən ittiham etmirik.

Sadəcə, düşünürük...
Görəsən bu qədər məlumatlar yayımlandıqdan sonra, yenə də belə bir hadisənin baş verməsi təsadüfi ola bilərmi?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Kanal14.az
Jalə Asiman