Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Rusiyadan Ermənistana hədələyici xəbərdarlıq: Bunun çox ağır nəticələri olacaq!

Rusiyadan Ermənistana hədələyici xəbərdarlıq: Bunun çox ağır nəticələri olacaq!

Dünyanın gözü aylardır Ukraynadan gələn xəbərlərdədir... Müharibə tam sürətlə davam edərkən Ermənistanın BHM-inə atdığı addım Moskvanı qəzəbləndirib. Rusiya Ermənistanın bu təşəbbüsünün "ciddi nəticələrə” səbəb olacağını bəyan edib.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya lideri Vladimir Putini ukraynalı uşaqların Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirdiyi iddialarına görə axtarışda olan şəxs elan edib.

Bu qərarın əks-sədaları davam edərkən, Ermənistandan alovlu bir hərəkət gəldi.

Ermənistan Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv olmaq üçün Roma Statutunun qəbul edilməsi prosesinə başlayıb.
Ermənistanın bu addımına Rusiyadan sərt reaksiya gəlib.

"Kanal14.az”ın Rusiyanın rəsmi Xəbər agentliyi "RİA"ya istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Ermənistanın məhkəmənin tərəflərindən biri olmasının "qəbuledilməz” olduğunu bildirib.

Rusiya ilə onun tarixi müttəfiqlərindən biri olan Ermənistan arasında münasibətlər Ukrayna müharibəsi başlayandan bəri çətin dövrə qədəm qoyub.

Ermənistan isə deyir ki, Rusiya Dağlıq Qarabağ regionunda Azərbaycanla münaqişələrə son qoymağa imkan verən sazişin həyata keçirilməsində kifayət qədər səy göstərməyib.

. Ermənistanda Ali Məhkəmə Roma Statutunu təsdiqlədi. İndi parlamentin sazişi qəbul edəcəyi gözlənilir.

Kanal14.az
Kamal Əsgərov