Gündəm / Cəmiyyət / Dünya

Fransada etirazçılar Luvr muzeyinin girişini bağlayıblar

Fransada etirazçılar Luvr muzeyinin girişini bağlayıblar

"Kanal14.az” Türkiyənin "hurriyet” qəzetinə istinadən xəbər verir ki, Fransada hökumətin mübahisəli pensiya islahatına Milli Assambleyada səsverməyə çıxarılmazdan əvvəl etiraz edən yüzlərlə etirazçı paytaxt Parisdəki Luvr muzeyinin girişini bağlayıb.

Fransada iki aydır kütləvi etirazlara səbəb olan və pensiya yaşının mərhələli şəkildə 64-ə çatdırılmasını ehtiva edən islahatla bağlı Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edilərək səsverməyə çıxarılmadan qəbul edilməsindən sonra , küçələrdə qarışıqlıq davam edir . Paytaxt Parisdə bir araya gələn yüzlərlə etirazçı, dünyanın ən böyük sənət muzeyi olduğu ifadə edilən Luvr Muzeyinin girişini bağladı . Əllərində Ümumi Əmək Konfederasiyasının (CGT) bayraqları olan etirazçılar "Mona Liza tətildədir”, "Az işlə, daha çox yaşa” və "Biz geri çəkilməyəcəyik” şüarları səsləndiriblər.

Luvr Muzeyinin rəsmi internet saytında mövzu ilə bağlı açıqlamada, "Fransada tətillər səbəbiylə muzey bu səhər açıla bilməyəcək. Yaranmış narahatçılığa görə üzr istəyirik. Anlayışınız üçün təşəkkür edirik" ifadələri işlədilib.

Ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazımdır.

Kanal14.az
Anarə Muhəmməd