Almaniyada həyat dayanır: kütləvi 24 saatlıq tətil başlayır
"Kanal14.az” "Habar Türk”ə istinadın xəbər verir ki, həmkarlar ittifaqları maaşlar və iş şəraiti ilə bağlı artan fikir ayrılıqları fonunda bu gün ümummilli nəqliyyat tətili keçirəcəklərini açıqladılar.
Nəqliyyat işçilərinin tətili başlayandan hava limanlarında, avtobus və qatar stansiyalarında həyat dayanıb.
Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan Birləşmiş Xidmət Sənayesi İttifaqı (Ver.di) və Dəmiryol İşçiləri Həmkarlar İttifaqı (EVG) nəqliyyat sektoru işçilərinin maaşlarını yaxşılaşdırmaq üçün martın 27-də yüksək inflyasiyaya qarşı bir günlük kollektiv xəbərdarlıq tətilinə çıxmağa çağırmışdı və bu,çox yüksək səviyyədə keçdi.
Ölkənin ən böyük iki hava limanına - Münhen və Frankfurta uçuşlar dayandırıldı, Almaniyanın dəmir yolu operatoru Deutsche Bahn isə uzun məsafəli Qatar xidmətlərini ləğv etdi.
Verdi Birliyinin prezidenti Frank Werneke Bild am Sonntag-a bildirib ki, bu, onilliklər ərzində ən böyük tətil və əmək aksiyasıdır.
Verdi həmkarlar ittifaqı ictimai nəqliyyat və hava limanları da daxil olmaqla, ictimai sektorda təxminən 2,5 milyon işçinin adından danışıqlar gedir. EVG Deutsche Bahn və bələdiyyə nəqliyyat şirkətlərində təxminən 230.000 işçi ilə söhbətlər aparılır.
Kanal14.az
Aytəkin Talıbqızı