Gündəm / Hadisə

İsraildə məhkəmə islahatına etirazlar artır... Netanyahunu qəzəbləndirir! Prezident qərarını verdi

İsraildə məhkəmə islahatına etirazlar artır... Netanyahunu qəzəbləndirir! Prezident qərarını verdi

"Kanal14.az” "hurriyet” qəzetənə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu etirazlara səbəb olan mübahisəli məhkəmə islahatlarına qarşı çıxan müdafiə naziri Yoav Gallantı istefaya göndərib. Netanyahu müdafiə naziri Gallantı işdən çıxardıqdan sonra xalq küçələrə axışıb. Ölkədə etirazlar davam edərkən Netanyahunu qəzəbləndirəcək xəbər prezident Hersoqdan gəldi. İsaak Hersoq mübahisəli məhkəmə islahatları ilə bağlı qərar verib. O, qanunvericiliyə yenidən baxılmasının dayandırılmasını istəyib.

Etirazçılar Netanyahunu diktator kimi davranmaqda və İsrailin təhlükəsizliyinə zərər verməkdə ittiham edirlər.

Korrupsiyada ittiham olunan Netanyahunun bu qanun layihəsini öz xeyrinə hazırladığı iddia edilir.

Müxalifət lideri Yair Lapid Müdafiə nazirinin işdən çıxarılmasını "hökumətin alçaldılması istiqamətində daha bir addım" kimi qiymətləndirərək, bu qərarın ölkənin təhlükəsizliyinə xələl gətirəcəyini bildirib.

ABŞ cəbhəsində isə Ağ Ev İsraildə baş verənlərdən narahat olduqlarını və tərəflərin ən qısa zamanda razılığa gəlməsi lazım olduğunu bildirib.

Kanal14.az
N.Məmərli