Gündəm / Siyasət / Dünya

Tramp deyir ki, Ukraynadakı münaqişə indi bitməlidir

Tramp deyir ki, Ukraynadakı münaqişə indi bitməlidir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin "hər an bitməli olduğunu" deyib və cəmi 24 saat ərzində nizamlanmaya hazır olmaq tezisini təkrarlayıb.

"Bizdə (hakimiyyətdə) nə etdiklərini bilməyən insanların olması inanılmazdır. Lakin (münaqişə) həll olunmasa, mən özüm həll edəcəm - 24 saat ərzində (Vladimir) Putin və (Vladimir) Zelenski ilə. Bunlar çox sadə danışıqlar olacaq, amma nədən ibarət olacağını açıqlamayacağam, çünki bu halda planımı həyata keçirə bilməyəcəm. Bu, heç vaxt işləməyəcək”.

"Kanal14.az" "m24.ru"ya istinadən bildirir ki, bu sözləri Tramp Fox News-a müsahibəsində deyib.

Kanal14.az
Jalə Asiman