Gündəm / Cəmiyyət / Dünya

OneWeb bu il dünyada öz peyk internetini işə salacaq

OneWeb bu il dünyada öz peyk internetini işə salacaq

Böyük Britaniyanın peyk rabitə operatoru OneWeb ( SpaceX şirkətinin Starlink-in əsas rəqibi ) bu il bütün dünyada peyk internetini işə salacaq.

"Kanal14.az"ın Bloomberg-ə istnadən verdiyi məlumata görə, şirkətin artıq Yer orbitində 618 peyki var, onlardan son 36-sı bu yaxınlarda göndərilib . Bu sayda peyk bu il ərzində peyk internetinin buraxılması üçün kifayət qədərdir.

OneWeb-in baş direktoru Neil Mastersona görə, 2023-cü ildə May ayında genişzolaqlı internet bağlantısı artıq ABŞ-ın 48 ştatında şirkətlər və hökumət müştəriləri üçün əlçatan olacaq və ilin sonuna qədər qlobal əhatə dairəsi mümkün olacaq.

Mastersonun sözlərinə görə, onun şirkəti İlon Maskın SpaceX şirkəti ilə rəqabət aparmır. Starlink peyk bağlantısı indi dünyanın bir çox ölkələrində, demək olar ki, bütün Yer kürəsində mövcuddur, lakin o, istehlak bazarına yönəlib, OneWeb isə öz xidmətlərini korporativ müştərilərə və dövlət şirkətlərinə təklif etməyi planlaşdırır. Bundan əlavə, OneWeb keçən ilin yazında Rusiyanın Roskosmos ilə əməkdaşlığı dayandırdıqda SpaceX-in müştərisi oldu.

Qeyd edək ki, aşağı orbitli peyklərin ikinci ən böyük sistemi OneWeb-ə məxsusdur. Birinci yerdə orbitdə 3000 belə qurğu olan Starlink şirkətidir. Gələcəkdə Amazon da onlarla rəqabət aparacaq, şirkəti Kuiper Layihəsi adlanacaq öz peyk rabitə sistemini işə salmağı planlaşdırır.

Kanal14.az
Jalə Asiman