Gündəm / Cəmiyyət / Dünya

Tətillər səbəbindən Paris küçələrində 7800 tondan çox zibil yığılıb.

Tətillər səbəbindən Paris küçələrində 7800 tondan çox zibil yığılıb.

Martın 26-da pensiya islahatlarına qarşı keçirilən tətillər səbəbindən Parisin küçələrində təxminən 7 milyon 828 min ton zibil yığılıb, şəhər bələdiyyəsi xəbər verir.

"Kanal14.az" bildirir ki, bu barədə Fransanın "Le Figaro” qəzeti yazır.

Zibil yığan işçilərin tətil etdiyi üç həftə ərzində yığılan zibil 9800 tona çatıb. Sonradan bəzi tullantıların yandırılması zavodlarının işinin bərpası ilə əlaqədar azalmağa başlayıblar. İndi küçələrdə 7828 ton zibil var.

Cümə günü, martın 24-də, üç tullantı yandırma zavodunu idarə edən Syctom bələdiyyə birliyi onlardan ikisində (Saint-Ouen və Issy-le-Moulineau) tətilin başa çatdığını elan etdi. Üçüncünün işi hüquq-mühafizə orqanlarının təzyiqi ilə bərpa edilib.

Bununla belə, "Le Figaro”nun yazdığına görə, tullantıların yığılması və istifadəsi ilə məşğul olan, indiyə qədər vəziyyətin müəyyən qədər yumşaldılmasına kömək edən özəl şirkətlərin tətilə qoşulacağı qorxusu var.

Kanal14.az
Ulduz Talıblı