Gündəm / Dünya

3 otaqlı mağaranın üstündə 3 mərtəbəli bina tikilib.

3 otaqlı mağaranın üstündə 3 mərtəbəli bina tikilib.

Mardində təxminən 30 ildir dayandığı deyilən mağaranın üzərində tikilən 3 mərtəbəli ev görənləri heyrətə gətirir.

"Kanal14.az" "Ntvturk"ə istinadən bildirir ki, Mardinin Artuklu rayonunda yerləşən 30 illik 3 mərtəbəli ev altındakı mağara görənlərin diqqətini çəkir.

30 ildir dayanan evin altında yerləşən mağaranın neçə yaşı olduğu məlum deyil. Mağara 3 otaqdan ibarət olsa da, hamısı müxtəlif məqsədlər üçün istifadə olunur. Otaqların 2-də toyuq və qoyun bəslənərkən digər otaqdan zirzəmi kimi istifadə olunur.

Evi görənlərin əvvəlcə çox təəccübləndiyini bildirən Bayram Kərimoğlu, "Bildiyim qədər bu ev 30 ildir ki, dayanıb. Ev 3 mertebelidir, altda mağara 3 otaqlidir. Otaqların birini quşçuluq üçün, birini kiler, digərini isə qoyun üçün istifadə edirik. Yayda mağaranın qarşısında uşaqlar üçün yaxşı oyun meydançası var. Bu evi görənlərin bəziləri çox təəccüblənir, bəziləri Mardin altı qayadan ibarət şəhər olduğu üçün bunu normal qarşılayır. Yayda mağaranın içi sərin, qışda normal, çox soyuq deyil.

Kanal14.az
Asiman Əsədsoy