Gündəm / Dünya

Almaniya gələn həftə tətillə başlayacaq

Almaniya gələn həftə tətillə başlayacaq

"Kanal14.az” "Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Almaniyada İctimai Xidmətlər Birliyi (Verdi) və Alman Dəmir Yolları və Nəqliyyat Birliyi (EVG) davam edən kollektiv danışıqlarda hədəfə çatmaq üçün ölkə daxilində təxminən 2,5 milyon işçi üçün xəbərdarlıq tətili keçirməyə çağırıb.

Bazar ertəsi, martın 27-də ölkə ərazisində avtobusların, tramvayların, metroların, şəhərlərarası qatarların, eləcə də şəhərətrafı qatarların fəaliyyət göstərməyəcəyi açıqlanıb və gün ərzində nəqliyyatın tamamilə pozulacağı qeyd edilib. Ölkə daxilində ictimai nəqliyyat tamamilə sıradan çıxsa da, başda Münhen olmaqla bəzi hava limanlarında xəbərdarlıq tətillərinin ediləcəyi açıqlanıb. Münhen hava limanında həm bazar, həm də bazar ertəsi tətillər səbəbindən 1500-dən çox reysin ləğv ediləcəyi gözlənilir. Sabah 737, bazar ertəsi isə 772 reysin təxirə salınmasından 200 minə yaxın sərnişinin təsirlənəcəyi proqnozlaşdırılır. Digər tərəfdən, xəbərdarlıq tətilində magistral yollardakı tunellərdə siqnalizasiyadan məsul olan ictimai işçilər də iştirak etdiyi üçün bazar ertəsi bir çox magistral yollar trafikə bağlanacaq .

Kanal14.az
N.Məmərli