Gündəm / Siyasət

Erməni əsgərləri Qarabağda Azərbaycan mövqelərini atəşə tutub

Erməni əsgərləri Qarabağda Azərbaycan mövqelərini atəşə tutub

"Kanal14.az” "hurritet.com.tr"a istinadən xəbər verir ki,.Ermənistan ordusunun bölmələri axşam saatlarında Azərbaycan-Ermənistan sərhədində və Qarabağda Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan dəfələrlə atəşə tutublar. Müdafiə Nazirliyindən bildirilib ki, Xocavənd rayonu istiqamətində Azərbaycan ordusunun mövqeləri həmçinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz yerləşən erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub. Azərbaycan ordusunun lazımi ehtiyat tədbirləri görərək müdaxilə etdiyi bildirilib.

Kanal14.az
Samirə Əsgərova