Gündəm / Cəmiyyət / Dünya / Mədəniyyət

Bolqarıstanda Cekson Pollokun naməlum tablosu tapılıb

Bolqarıstanda Cekson Pollokun naməlum tablosu tapılıb

Bolqarıstanın xüsusi xidmət orqanları məşhur abstrakt rəssam Cekson Pollokun əvvəllər məlum olmayan əsərini aşkar ediblər.

"Kanal14.az" "sputnik.by"a istinadən billdirir ki, Ekspertlər onun dəyərini 54 milyon ABŞ dolları qiymətləndiriblər.

Rəssamın rəngkarlığa radikal yanaşması müasir incəsənətdə inqilab etdi. Pollok rəsm əsərinin üzərinə təsadüfi şəkildə tökdüyü, damcıladığı və boya səpdiyi bir üsuldan istifadə etdi.

Rəsmilər bildirir ki, rəssam tapdığı tablonu 1949-cu ildə çəkib, lakin heç bir kataloqa daxil edilməyib. Rənglərin və materialların Pollokun digər əsərləri ilə uyğunluğu səbəbindən sənət əsəri orijinal sayılırdı.

Bolqarıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi deyib: "Bizim böyük sevincimizdən biz bu rəsm əsərini yarada və qoruyub saxlaya bildik və hazırda ekspertiza onun orijinal olduğunu göstərir".

Əsər mədəni sərvətlərin qaçaqmalçılığına qarşı keçirilən beynəlxalq əməliyyat zamanı aşkar edilib. İstintaq eyni vaxtda Sofiya, Afina və Krit adasında aparılıb.

Kanal14.az
Samirə Əsgərova