Gündəm / Hadisə / Dünya

İranda zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb

İranda zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb

"Kanal14.az" "news.am"a istinadən xəbər verir ki, martın 24-də səhər saatlarında İranın əyaləti və Xoy şəhərində baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsində azı 68 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yeraltı təkanlar qonşu iri şəhərlərdə də hiss olunub: Qərbi Azərbaycan əyalətinin paytaxtı Urmiyə, həmçinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə də hiss edilib.

İran Qızıl Aypara Təşkilatının ilkin məlumatlarına görə, 68 yaralı tibbi yardım üçün xəstəxanalara müraciət edib.

Qərbi Azərbaycanın qonşu əyaləti olan Xoy və Salmas əyalətlərinin 7 kəndində də binaların divarlarında çatların əmələ gəldiyi bildirilir.

Kanal14.az
Anarə Muhəmməd