Gündəm / Hadisə / Dünya

Fəlakət bölgəsində epidemiya iddiaları...

Fəlakət bölgəsində epidemiya iddiaları...

Bəzi yerli mətbuat orqanlarında və saytlarında Türkiyənin Hatay şəhərində epidemiya elementləri olduğunu vurğulanır.

"Kanal14.az” "HÜRRİYƏT” qəzetinə istinadən xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca Hatayda zəlzələ bölgəsində epidemiya iddiaları ilə bağlı açıqlamalar verib. Nazir Koca "Zəlzələlərin yaşandığı şəhərlərimizdə epidemiya yoxdur” - deyə, qeyd edib.

Səhiyyə nazirinin çıxışından bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq:

"Bildirmək istərdim ki, rayondan daxil olan məlumatlar diqqətlə araşdırılıb. Unudulmamalıdır ki, bunun Epidemiya olması müəyyən meyarlarla verilir. Bölgədəki bütün vilayətlərimizdən mütəmadi olaraq nümunələr götürülür. Alınan nümunələrdə aşkar edilən faktorlar hal qrupları şəklində gözləniləndən çox deyil. Bizdə epidemiya tərifinə uyğun məlumat yoxdur. Zəlzələ fəlakətləri yaşayan vilayətlərimizdə epidemiya mövcud deyil.
Biz müntəzəm olaraq suyun analizini davam etdiririk. Adıyamanda şəbəkə suyundan içməli su kimi istifadə etmək hələ də uyğun deyil. Hatayda Antakya, Defne, İskenderun, Kırıkhan və Samandağda uyğun deyil. Şanlıurfada mərkəzi Haliliye, Eyyübiye və Karaköprüdə şebeke suyu içməli su kimi istifadə edilməməlidir.

Yaşadığımız fəlakətin yaratdığı dağıntılar göstərdi ki, bəzi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruridir və biz bu işləri vaxtında yerinə yetiririk.

Kanal14.az
Nizami Təhməzov