Gündəm / Hadisə / Dünya

Rusiya Ukraynanı yenidən vurdu

Rusiya Ukraynanı yenidən vurdu

Rusiya qüvvələri Ukraynanın müxtəlif şəhərlərində hücumlar həyata keçirərkən, pilotsuz təyyarə ilə vurulan Kiyev bölgəsində 3 nəfərin öldüyü bildirilib.

"Kanal14.az” "ABC” qəzetrinə istinadən xəbər verir ki, çərşənbə günü səhər saatlarında paytaxt yaxınlığında yerləşən Rjişçiv şəhərində iki mənzilin yuxarı mərtəbələri vurulub.

Axtarış-xilasetmə qrupları ölənlər arasında 11 yaşlı bir uşağın olduğunu bildirib.

Ukrayna prezidenti Volodomir Zelenski bəyan edib ki, Rusiya "20-dən çox qatil dron”dan istifadə edib; O, həmçinin raket və toplardan atəş açdığını bildirib.

Rusiya həmçinin ilhaq edilmiş Krımda Ukrayna donanmalarına pilotsuz təyyarələrlə hücum etməyə çalışdıqlarını, lakin bunun dəf edildiyini vurğulayıb.

Krımın Sevastopol şəhərinin sakinləri partlayış səsləri eşitdiklərini deyirlər..
Ukrayna Müdafiə Nazirliyi dünən dəmir yolu ilə daşınan Rusiya qanadlı raketlərinin Krımın şimalında məhv edildiyini açıqlasa da, hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Kanal14.az
N.Məmərli